13:27 13 İyun 2018
Çap versiyası
...

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının açılış mərasiminə və ilk oyununa baxmaq üçün 20-dən çox dövlət başçısının Moskvaya gəlməsi nəzərdə tutulub.

Styrategiya.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin jurnalistlərə açıqlamasında deyib.

“Açılış mərasimini 20-dən çox dövlət başçısı izləyəcək. Dövlət başçılarının açılış matçlarına və dünya çempionatının finalına hər zaman böyük marağı var. Bu böyük bayram sevincini bizimlə bölüşdüklərinə görə hər birimiz çox sevinirik”, - deyə A.Sorokin bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq. Açılışdan sonra keçiriləcək ilk oyunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3356 san