18:12 13 İyun 2018
3048 dəfə oxunub
Çap versiyası
...

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ramazan bayramı münasibətilə Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına təbriklərimizi çatdırırıq.

Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz qonşulara yardım etmə və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmə kimi İslam dininin ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni yad edirik. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini xatırladır.

Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9901 san