18:56 13 İyun 2018
1093 dəfə oxunub
Çap versiyası
...

 

Pula hərislik onlara azadlıqları bahasına başa gəldi

Söhbət Neftçalada qeydə alınan oğurluqdan gedir.

Neftçala rayon polis şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrindən birinə məxsus dərinlik dalma nasosları üçün istifadə edilən, hər metrinin qiyməti 80-90, ümumilikdə isə 16 min manat dəyərində olan 200 metr kabelin naməlum şəxs və ya şəxslər tərəfindən oğulanması barədə şikayət ərizəsi daxil olub. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

İlkin istintaq zamanı məlum olub ki, onlar kabeli oğurlamaq üçün müxtəlif kəsici alətlərdən və biri yedəkli olmaqla iki motosikletdən istifadə ediblər.

Saxlanılan şəxs: “Kəsilmiş halda elə bil ki, tokdan ayrılmış vəziyyətdə qalmışdı. Biz də onu kəsdik, “rulon” vurduq götürdük”.

Saxlanılan şəxs: “Sadəcə rastımıza çıxdı, biz də götürdük. Sonra polis tutdu”.

Faktla bağlı Neftçala rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

https://www.youtube.com/watch?v=pVhjdMpn57s


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8162 san