20:43 13 İyun 2018
1940 dəfə oxunub
Çap versiyası
...

 


Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

37 yaşlı Rahid Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan “Range Rover”lə toqquşub. 

Zərbənin gücündən “Range Rover” yanmağa başlayıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. “Ford” markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov çıxarılıb və “təcili yardım”ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü Rahid Məmmədov isə elə hadisə yerində ölüb. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.

https://www.youtube.com/watch?v=K5Ei1XiPQFI


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018
14-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6297 san