21:58 13 İyun 2018
981 dəfə oxunub
Çap versiyası
...

Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bu, bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil.

Strategiya.az xəbər verir ki, bu fikirləri KİV-lərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir.

Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi bu siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur.

Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Düşmən silahı susmur
09:48 19.06/2018
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7869 san