08:27 14 İyun 2018
1067 dəfə oxunub
Çap versiyası
...

 

ABŞ, İrlandiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu infarkt keçirən insanlara kömək edəcək xüsusi qurğu hazırlayıb. “Therepi” adlanan bu cihaz bilavasitə zədələnmiş ürək toxumasına bərkidilir və ürək tutmasından başlayaraq ürək çatışmazlığına aparan prosesə kimi müdaxilə edir.

RİA Novosti saytı yazır ki, kiçik rezervuar şəklində olan yeni qurğu xəstənin dərisi üzərinə və ya altına xüsusi mexanizmli nazik şlanq vasitəsilə birləşdiriləcək. Onun köməyi ilə isə ürəyə dərman preparatı çatdırılacaq.  

Alimlərin sözlərinə görə, xəstə bu qurğuya həkimin köməyi olmadan adi şpris vasitəsilə lazımi miqdarda dərman daxil edə bilər.

Yeni cihaz digər orqanların müalicəsi üçün universal platforma rolunu oynaya və müxtəlif xəstəliklərin müalicəsi üçün yeni metodlar hazırlamağa kömək edə bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakıda mağaza yanıb
09:28 16.08/2018
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1027 san