10:45 14 İyun 2018
1028 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələrdə ağacların kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, tədbirdə ETSN-in səlahiyyətli şəxsləri, Rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak ediblər.

Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Tədbirin nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.

ETSN tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5417 san