12:48 14 İyun 2018
1484 dəfə oxunub
Çap versiyası
...

Artıq neçə illərdir ki, son zəng tədbirləri məktəb daxilində keçirilir. Bununla kifayətlənməyən bəzi məzunlar, xüsusilə oğlanlar son zəng gününə daha da maraq qatmaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, istər icazəli olsun, istərsə də icazəsiz valideynlərinin avtomobilini götürüb yüksək sürətlə idarə edirlər. Bəzən bu maşınların çoxluğu toy karvanını xatırladır.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Sakin:
 “Öz sürdüyümdən yox, onların sürdüklərindən qorxuram. Axırda ölümə səbəb olur”.


Övladlarına bu əlamətdar gündə xüsusi jest edən valideynlər sürücülük hüquq olmadığı halda uşağına öz maşınını həvalə edir. Uşaq da necə deyərlər fürsətdən istifadə edib sükan arxasında əsl “məharətini” göstərir.

Emil Vəliyev (DYPB-nin inspektoru): “Sürücülük hüququ olmayan vətəndaşlar həmin nəqliyyat vasitələrinin sahibləri haqda, eləcə də digər ciddi qayda pozuntularına yol vermiş sürücülər barədə inzibati tədbirlər görüləcəkdir”.

Digər bir məsələ məktəbdə keçirilən son zəng tədbirindən sonra məzunların kütləvi şəkildə uzaq yerlərə gəzintiyə çıxması və yaxud başqa yerlərdə özləri üçün məclis təşkil etmələridir.

Qeyd edək ki, DYP əməkdaşları məzun günüdə gücləndirilmiş iş rejimində çalışmaqla və bu kimi neqativ halların baş verməməsi üçün yoxlamalar aparacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava yağmursuz olacaq
14:10 19.06/2018
Sabunçu rayonunda yanğın
13:54 19.06/2018
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6944 san