13:50 14 İyun 2018
1184 dəfə oxunub
Çap versiyası
...

Ermənistan prezidenti Armen Sarkisyanın ötən gün Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qanunsuzdur və bu qanunsuzluğa görə məhz o, məsuliyyət daşıyır.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri də narahat etməlidir: “Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq".

Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərinin təxribat məqsədi daşıdığını və vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:34 14.08/2018
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.537 san