15:36 14 İyun 2018
3074 dəfə oxunub
Çap versiyası
...

Qobustanda qanlı hadisə yaşanıb.

Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfində təhsil alan Qobustan sakini Ağaquliyev məktəbin yaxınlığında 10-cu sinif şagirdi Şəhriyarovla mübahisə edib. Söz savaşının sonunda Ağaquliyev üstündə saxladığı bıçaqla Şəhriyarorova 4 zərbə vuraraq hadisə yerindən qaçıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb.  

Daha bir cinayət Bakının Nərimanov rayonunda qeydə alınıb. 

49 yaşlı Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Nəticədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Polis faktlarla bağlı araşdırmaları davam etdirir.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakıda mağaza yanıb
09:28 16.08/2018
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7678 san