08:34 17 İyun 2018
1045 dəfə oxunub
Çap versiyası
...

2018/2019-cu il mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" futbol klubu yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

Strategiya.az xəbər verir ki, "qırmızı-qaralar" Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Tirana"da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan futbolçu "Lokomotiva"nın formasını geyinib. 2012-ci ildən 2018-ci ilədək "Skenderbeu" klubunda oynayıb.

Yarımmüdafiəçi Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunun, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015-ci və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.

Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi yığma komandada 16 oyun keçirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6457 san