19:36 18 İyun 2018
1170 dəfə oxunub
Çap versiyası
...

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, bu gün saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 80 ədəd əleyhqazın hava təmizləyici balonu aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əleyhqazın hava təmizləyicilərinin tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın hava proqnozu
13:42 15.07/2018
 
Xəbər başlıqları
16-07-2018
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018
14.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6188 san