20:09 18 İyun 2018
1573 dəfə oxunub
Çap versiyası
...

Ermənistanda Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən general həbs edilib. Onun evində axtarış aparılan zaman külli miqdarda silah sursat, həmçinin hərbiçilərə göndərilən böyük həcmdə humanitar yardımlar aşkar edilib.

 Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində müdafiə nazirinin keçmiş müavini, deputat-oliqarx, "Yerkrapa" yarı hərbi təşkilatının rəhbəri Manvel Qriqoryanın həbsini şərh edərkən qeyd edib ki, general Manvel apreldə Qarabağda hərbçilərə göndərilən yardımı ayılarına, pələnglərinə yedirdib.

 

Paşinyan, general Manvelin həbsinin təkcə qanunsuz silah-sursat saxlamaqla bağlı olmadığını bildirib. Ermənistanın baş nazirinin sözlərinə görə, general 2016-cı ilin aprel müharibəsi zamanı Dağlıq Qarabağa, hərbçilərə göndərilən böyük həcmdə humanitar yardımları da mənimsəyib.

 

"Əsaslı şübhələr var ki, Qriqoryan erməni ordusu üçün nəzərdə tutulmuş humanitar yardımları mənimsəyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərdə aparılmış axtarışlar bu şübhələri təsdiqləyir" - deyə baş nazir yazıb.

 

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib. Eçmiədzinin şəhər meri Karen Qriqoryan özü "Facebook" sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb.

 

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb. Manvel Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalına başçılıq edib, o mülki azərbaycanlılara və hərbi əsirlərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı və hərbi cinayətlər törətmişdi.

 

Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus mülkdə və istirahət zonasında aparılmış axtarışın nəticələrini də təqdim edib. Məlumata görə, Qriqoryana məxsus istirahət zonası silah anbarına çevrilib, orada onlarla retro və müasir avtomobillər, motosikletlər və aeroxizəklər tapılıb. Həmçinin malikanədə axtarış zamanı 79 tüfəng, 39 tapança, 12.300 ədəd müxtəlif çaplı patron müsadirə edilib. Məlum olub ki, Manvel Qriqoryan aprel müharibəsi günlərində əsgərlər üçün nəzərdə tutulmuş ərzağı öz zooparkının heyvanlarına yedizdirirmiş.

 

Manvel Qriqoryanın vəkili Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Vəkil bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, baş nazirin çıxışından və Milli Təhlükəsizlik Xidmətinin yaydığı videogörüntülərdən sonra müttəhimin vəkili olmaqdan istəmir.

 

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistan müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryanın həbs edilməsinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayil rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5046 san