08:36 19 İyun 2018
Çap versiyası
...

İsveçin üçüncü ən böyük şəhəri Malmödə baş verən kütləvi atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Bu barədə xəbəri AZƏRTAC İsveç polisinə istinadla verir. Yerli KİV-ə məlumat verən İsveç polisi hadisə yerində istintaq işlərinin aparıldığını bildirib. Hadisənin terrorla bağlı olmadığı da vurğulanıb.

Qeyd edək ki, son illər İsveçin cənubunda yerləşən şəhərlərdə, öz aralarında mübarizə aparan cinayətkar dəstələrin qanlı toqquşmaları baş verir. İsveçin üçüncü ən böyük şəhəri olan Malmö də bu kimi toqquşmaların baş verdiyi əsas şəhərlərdən biri hesab oluna bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
7.0028 san