08:38 19 İyun 2018
Çap versiyası
...

Ailəsi ilə birgə Astaraya istirahət etmək üçün gedən Lənkəran sakini su anbarında boğulub.

 Strategiya.az-ın məlumatına görə, hadisə axşam saatlarında Astara rayonu Kijəbə qəsəbəsində Lovayin su anbarında baş verib. 34 yaşlı Fuad Rəhimov Bakıdan Lənkərana Ramazan bayramı ilə əlaqədar gəlib. O, ailəsi ilə birgə dincəlmək üçün Astaraya gedib. Məlumata görə, Fuad Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə də qohumunu sudan çıxarmaq istəyən zaman baş verib. Qız sağ qalsa da, özünü su anbarına atan Fuad Rəhimov boğulub. Onun meyiti batdığı yerdən çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7167 san