08:39 19 İyun 2018
1034 dəfə oxunub
Çap versiyası
...

 

Avropa Liqasında çıxış edəcək klublarımızın potensial rəqibləri müəyyənləşib.

UEFA I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

Azərbaycanı bu turnirdə təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ”nin beş potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dır (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və ya “Rasinq Yunion” (Lüksemburq) rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
5.4813 san