10:49 19 İyun 2018
Çap versiyası
...

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona millinin DÇ-2018-də İslandiya ilə görüşdəki xal itkisinə (1:1) görə baş məşqçi Xorxe Sampaolini günahlandırıb.

O deyib: “Əgər Sampaoli belə davam etsə, Argentinaya qayıda bilməyəcək. Onun oyun üçün planı yox idi. Bu, dəhşətdir. Bilə-bilə ki, İslandiya futbolçularının boyunun hündürlüyü 190 sm.dir, künc zərbələri zamanı havadan oynayırdıq. Bu zaman bir dəfə də olsun yerlə ötürmə etmədik. Bu oyun planı yox, biabırçılıqdır”.

Maradona xal itkisinə görə futbolçularda günah görmədiyini söyləyib: “Günah onlarda deyil, məşqçidədir. Oyuna hazırlıq yox səviyyəsində idi. Boş-boş danışmaq dövrü arxada qalıb. Özünlə 25 məşqçi də gətirə bilərsən, amma işləmək lazımdır. Biz gördük ki, İslandiya Argentinadan daha çox əmək sərf etdi. Bu isə məni möhkəm təəssüfləndirdi”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018
24.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4746 san