12:56 19 İyun 2018
1028 dəfə oxunub
Çap versiyası
...

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığma komandanın hücumçusu Nikola Kaliniçi heyətdən kənarlaşdırıb.

Strategiya.az xəbər verir ki, buna səbəb N.Kaliniçin dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış baş məşqçi futbolçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Baş məşqçinin futbolçunu cəzalandıraraq heyətdən uzaqlaşdırmasından sonra N.Kaliniç artıq Rusiyanı tərk edərək ölkəsinə qayıdıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-07-2018
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018
14.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9079 san