14:12 19 İyun 2018
1275 dəfə oxunub
Çap versiyası
...

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarı və restoranda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 kv.m sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Digər məlumata əsasən Binəqədi rayonunda ümumi sahəsi 700 kv.m olan (hər mərtəbəsi 350 kv.m, 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “NANƏLİ” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5111 san