20:03 19 İyun 2018
Çap versiyası
...

Söyüş üstündə başlayan mübahisə dava ilə nəticələnib.

 

Üç qardaş əmilərini xəstəxanalıq edib. Qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

 

Hadisə Şamaxı rayonunun Bağırlı kəndində olub. Kənd sakini, 43 yaşlı Bəhərçin Almirzəyev baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib.

 

Bəhərçin Almirzəyev qeyd edib ki, qardaşı oğlanları əvvəlcə küçədə onun oğlunun qarşısını kəsərək ona nalayiq sözlər deyərək təhqir ediblər. O da qohumlarının yanına gedərək məsələyə aydınlıq gətirmək istəyib. Aralarında yaranan mübahisdən sonra dava düşüb.

 

Bəhərçin Almirzəyevin dediyinə görə, qardaşının ailəsi ilə əvvəlcədən münasibətləri normal olmayıb. Hadisə ilə baglı polisə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8939 san