08:34 20 İyun 2018
Çap versiyası
...

2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 5240,8 milyon manat vəsaitin 2887,1 milyon manatı və ya 55,1 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 73,1 faizi məhsul istehsalı obyektlərinin, 20,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neftin qiyməti ucuzlaşıb
10:22 26.09/2018
Neftin qiyməti bahalaşır
09:57 25.09/2018
 
Xəbər başlıqları
26-09-2018
25-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.735 san