19:31 20 İyun 2018
794 dəfə oxunub
Çap versiyası
...

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, iyunun 19-da Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kənd sakini Elşad Quliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 20-30 sm olan 10 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

 

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını özü becərdiyini bildirib.

​Faktla bağlı araşdırmalar aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7077 san