08:42 21 İyun 2018
Çap versiyası
...

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Münbiç bölgəsində YPG/PKK terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatının ikinci fazası uğurla başa çatıb.

Strategiya.az Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Türkiyə ordusuna məxsus zirehli hərbi texnika TSK-nın nəzarətində olan “Fərat qalxanı” bölgəsindəki Cerablus rayonu ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı sahillərində fəaliyyətə başlayıb.

Münbiç antiterror əməliyyatı əvvəlcədən müəyyən olunan hərəkət təqviminə uyğun aparılır.

Türkiyənin rəsmi dairələrindən bəyan edilib ki, Qəndil dağları və Kobani şəhəri də terrorçulardan təmizlənəcək.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9229 san