09:50 21 İyun 2018
855 dəfə oxunub
Çap versiyası
...

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç DÇ-2018 çərçivəsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.

O, “Barselona”dakı komanda yoldaşı Lionel Messinin qarşısını almalı olduqlarını bildirib:

“Bizi dünyanın ən yaxşı futbolçularına qarşı maraqlı oyun gözləyir. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Motivasiyamız yüksək səviyyədədir. 

 

Messini dayandırmalıyıq, təbii ki, qaydalar çərçivəsində. İlk oyundakı nəticə heç nəyi dəyişmir. İstənilən halda onlar favoritdirlər. Əminəm ki, Argentina yığması qələbə üçün əlindən gələni edəcək. Biz də bütün dünyaya gücümüzü göstərməliyik”. 

Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1707 san