10:22 21 İyun 2018
Çap versiyası
...

İndoneziyanın Sumatra adasındakı Toba gölündə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.

Strategiya.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin Milli Axtarış və Xilasetmə İdarəsinin (BASARNAS) rəhbəri Muhammed Syauqi gəminin çevrilməsi nəticəsində itkin düşənlərdən 18 nəfərin xilas edildiyini, 4 nəfərin isə həlak olduğunu açıqlayıb. “KM Sinar Bangun” adlı 43 sərnişin tutumuna malik gəmidə 45 xilasedici jiletin olduğu bildirilib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziya Nəqliyyat Nazirliyi 400 nəfərlik heyətin cəlb olunduğu xilasetmə işlərinin ilk mərhələdə əlavə 7 gün davam etdiriləcəyini açıqlayıb.

Qəzanın başvermə səbəbi kimi əlverişsiz hava şəraiti və gəmiyə həddindən artıq sərnişinin minməsi göstərilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.9811 san