11:08 21 İyun 2018
790 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın xam neft ehtiyatları azalıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,9 milyon barrel (1,4 faiz) azalaraq 426,5 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 4,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,2 milyon barrel azalaraq 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,3 milyon barrel (1,4 faiz) artaraq 240 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 200 min barrel artması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,3 milyon barrel aşağı düşmüşdü.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:10 20.07/2018
Neft ucuzlaşıb
09:18 19.07/2018
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7259 san