08:39 22 İyun 2018
870 dəfə oxunub
Çap versiyası
...

İyunun 20-21-də BMT Baş qərargahında quruma üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşü keçirilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən verilən məlumata görə, zirvə görüşündə ölkəmizi daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Tədbirdə BMT-nin xüsusi siyasi və sülhməramlı missiyalarında xidmət edən polis komponentinin sülh və təhlükəsizliyin qorunması, münaqişələrin qarşısının alınması, transmilli cinayətkarlığa qarşı mübarizədə rolu, BMT polisinin fəaliyyətində əsas inkişaf tendensiyaları, əldə edilmiş tərəqqi, prioritet və ehtiyaclar və meydana çıxan təhdidlər ilə bağlı müzakirələr aparılıb.

Hazırda BMT-nin müxtəlif xüsusi siyasi və sülhməramlı missiyalarında mindən çox qadın olmaqla 11 min polis xidmət edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018
21.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.8827 san