19:24 22 İyun 2018
1290 dəfə oxunub
Çap versiyası

 

Qarabağ müharibəsindən bəhs edən əsərlərin birindən bu yadımda qalıb. Aldığı güllə yarasından yerimək qabiliyyətini itirmiş keçmiş döyüşçüyə dostu zəng edib deyir ki, həmin illərin yadigarı olan disk əlinə keçib, görüntülərdə o da var. Dostunun cavabı isə belə olur: “Diski, göndər, heç olmasa əvvəlki yerişimə baxım...”

Kövrəlməmək mümkün deyil. Bəzən xatirələr də döyüşür, yaralanır və ölür. Amma düşünürəm ki, Qarabağla bağlı xatirələr ölmür, ölməyəcək də.

Tarix həm də xronologiyadı, təqvimdi. Təqvimdə rəqəmlər dəyişə bilər, yəni təqvimin hər günü həm başlanğıcdı, həm də son. 1988-ci ildən sonra sonumuzu düşünəcək qədər isə nə vaxtımız vardı, nə də ki, gücümüz. Tutunmağa bir saman çöpü belə qalmamışdı.

İyirminci əsrin “qara millətləri” siyahısında başda idik, 1920-ci ilin aprelindən sonra keçmişimizə boylanmayaq deyə, boynumuzu yüz yerdən vurmuşdular.

“Mən tarixi, adı, keçmişi bəlli bir millətin övladıyam” sözünü deyənin dilini kəsirdilər. Çünki 37-lər gizli, aşkar davam edirdi...

Başsızlıq və ordusuzluq...

Başsızlıq dünyanın ən böyük dərdidi. Bilirsiniz, niyə? Necə ki, bir ailənin başsız qalmağı bizi yandırır, bir dövlətin, bir millətin başsız qalması fəlakətdir.

1988-1993-cü illər. Azərbaycan tarixinin ağlı-qaralı təqvimi. Bir yandan öz tarixi yurdundan pələsəng olan azərbaycanlıların deportasıyası, bir yandan da erməni millətçilərinin torpaq iddiası ilə Qarabağa və ətraf rayonlara hücumu. İyirmi Yanvar və Xocalı soyqırımlarında qanına qəltan edilən xalqın artıq özündən başqa kiməsə güvənci qalmamışdı. İrəli də ölüm idi, arxa da...

Şuşanın işğalından sonra bütün baxışlar Xəzərə dikilmişdi. Azərbaycan xalqı bütövlükdə Xəzərdə boğulmağa məhkum idi...

Amma yox, hələ qarşıda bu millətə öndərsiz, sahibsiz olmadığını anladan o gün uzaqda deyildi. Bax, həmin gün millət ürəkdən “Qurtulduq” dedi. Sıra-sıra, cərgə-cərgə düzlənən oğullar onun əmri ilə ordu qurmağa, ordu olmağa səfərbər olundu. Artıq atılan güllələrin ünvanı bəlli idi, hədəfə dəyirdi. Və belə olmasaydı, “Vətən səni çağırır” sədasına gələnlər 1994-cü ilin yanvarında ildrım sürəti ilə Horadizi və ətraf kəndləri azad edə bilməzdi. Düşmən canını qurtarmaq üçün havadarının yanına qaçırdı. Çünki Ali Baş Komandan Heydər Əliyev idi...

Elə o çətin dövrdə Heydər Əliyev adı bir ordu demək idi. Bunu düşmən də yaxşı anlayırdı...

1994-cü il. “Əsrin müqaviləsi”ndən sonra əsrin ordusunu formalaşdırmaq uğrunda çabalar edən öndər xalqımıza “Ordum varsa, yurdum var” şüarının əzəmətini yenidən yaşatdı. Xalqına güvənən ordu və ordusuna arxalanan xalq itirdiklərini qaytarmaq, uğursuzluqlarını uğura çevirmək üçün bütün olmazları “ol” etdi.

Dəmir iradəyə, nizam-intizama malik, hər an “Qələbə” sevinci bəxş edəcək bir ordunu quran Öndərimizin Horadiz Qələbəsinin davamını Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərində adını tarixə yazdıran Vətən sevdalıları bizə yenidən yaşatdı. Ordusuz bir millətin heç olduğunu onda bir daha anladıq.

Güc birlikdədir. Aprel müharibəsi bıçağın sümüyə dayandığını, azadlığa gedən yolun şəhidlikdən, qazilikdən, qalibiyyətdən keçdiyini göstərdi. Qanıyla-canıyla sevdiyi torpaq uğrunda nifrətini də süngüsünün, ən müasir silahlarının ucuna pərçim edən Azərbaycan Əsgəri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə"yə nəzarəti ələ keçirdi. Düzdür, hələ torpaqlarımızın xeyli hissəsi işğaldadır və azad olunacağı günə lap az qalır.

İyunun 26-da Azərbaycan Ordusu 100 illiyini qeyd edəcək. Mübarək olsun bayramımız da, yaxındakı Qələbəmiz də...


Müəllifin digər yazıları

  1. Səfbəsəf düzüldük Vətən naminə!
  2. Altaylardan gələn Kişi...
  3. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  4. Tanıyın!... O, Azərbaycan Polisidir...
  5. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  6. 100-ə nə qaldı...
  7. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  8. “Gül var Xocalıdan sonra açılmır...”
  9. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  10. Ünvanına yetişən məktublar...
  11. Azadlığa can vermişik...
  12. Xilaskar
  13. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  14. Bu köç hara gedir?...
  15. Uğurlu yollarla irəli…
  16. Tarixə dönənlər...
  17. Biz onları unutmadıq... FOTO
  18. Sizinlə qürur duyuruq… FOTOLAR
  19. Vətəndaşın güvənc yeri
  20. Könül adamı...
  21. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  22. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  23. Vətənin başladığı yerdə… FOTOLAR
  24. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  25. “Mən Azərbaycanlıyam” demək haqqı...
  26. Bu, xilaskar ömrüdür...
  27. Uşaqlar ölməsin....
  28. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  29. Polis-döyüşə hazır əsgər kimi ...
  30. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  31. Xilaskarlar… (FOTO)
  32. Yeni maşınlar təqdim edildi
  33. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  34. “Vicdanlı” başlıqlar...
  35. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  36. Vətənpərvər və sağlam gənclik üçün…
  37. Vətən üçün, xalq üçün və gələcək üçün...
  38. Onun rəngli dünyası... (FOTO)
  39. Ölümün ağ rəngi... (Fotolar)
  40. “Artıq gecdir” deməmək üçün...
  41. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  42. Görüşə polislər gəlmişdilər...
  43. Polislər bu nəcib işdə birincidirlər
  44. Haqqı görə bilmək xoşbəxtliyi...
  45. Bəxtiyar olmaq...
  46. Əbədiyaşar…
  47. Etibar edənlər peşman olmur…
  48. Bir həsrət yazısı…
  49. Tələsin insanlar...
  50. Azadlıq rəngli Bayrağım!
  51. Sabahı bu gün düşünək...
  52. Çətin qazanılan şirin nemət-Azadlıq…
  53. Sabitlik adlı sərvətimiz…
  54. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  55. 90 yaşın işığında… - FOTO
  56. İtirdiklərimiz…
  57. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  58. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  59. Çörək satıb, çörək qazanan qadın...
  60. AĞLAMA
  61. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  62. 20 yanvar-Vətən tarixi...
  63. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  64. Həmrəyliyə gedən yollar
  65. “Yox deməyi bacaraq”!!!
  66. On iki il, bir ömürlük həsrətdi hey....
  67. Vətən üçün...
  68. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  69. “Küçə uşaqları”nın gələcəyi...
  70. Çəkdim ki, izim qala...
  71. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  72. Gələcəyimizin sağlamlığı üçün...
  73. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  74. “Söz”dən sonra….
  75. Vətən daşı olmaq üçün... Foto
  76. Ölüm ömrün sonu deyil… Foto
  77. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  78. Xalq, dövlət və bayraq üçün… Foto
  79. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. Sən yanmasan, mən yanmasam...
  82. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  83. Sahibsiz köçün hekayəsi...
  84. Rahatllıq da bir xoşbəxtlikdir...
  85. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  86. Gələcək üçün, gənclik üçün...
  87. Andına sadiq Azərbaycan Polisi…
  88. Vətən unudulmur, Vətən unutmur… Foto
  89. Ümidləri doğrultmaq üçün...
  90. İyirmi beş il, iyirmi beş qərənfil...
  91. Bir “həmkarıma...
  92. Bayram günlərində də...
  93. Bu, elə bir bəladır ki...
  94. “Uğur olsun”, deyirik…
  95. Azərbaycan deyiləndə ayağa dur ki...
  96. Hər atılan daşa...
  97. O, həmişə bizimlədir
  98. Bir oğul var... - Fotolar
  99. Qayğı da var, nəzarət də
  100. Görüşməyək, qorxuram...
  101. Dərdin adı Xocalı...
  102. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  103. Bayrağımızı ucaldanlar... -Fotolar
  104. Rənglər danışır, biz isə susuruq...
  105. Vətəndaş kömək umur, kömək görür...
  106. Arzu dolu ömür yolu... - Foto
  107. Kaş, yuxum çin olaydı...
  108. Belə bir oğul vardı... - Fotolar
  109. Belə “qəhrəmanlıq” olmur...
  110. Ağ qadın
  111. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  112. Yollara
  113. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  114. Həsrətinə bir film çəkmək istəyirəm...
  115. Bir gözəl gəzirəm məni öldürə
  116. Ürək
  117. Bir məktub, bir ailənin sevinci...
  118. 23 ay-23 il...
  119. Qayıtma
  120. Qocalar
  121. Həsrət
  122. Məktub
  123. Bir ömrün yuxusu
  124. Ayrılıq ölüm deyil...
  125. Ehtiyac ölümdən qorxuludur...
  126. Atamın 55 yaşı...
  127. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Canlı oyuncaq”
08:36 12.06/2018
Həyatın tablosu
08:32 08.06/2018
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9159 san