09:44 23 İyun 2018
Çap versiyası
...

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. 

Əvvəlcə G qrupunun təmsilçiləri meydana çıxacaqlar. Belçika Tunisi qəbul edəcək. İlk turda Panamanı məğlub edən “Qırmız şeytanlar” bu dəfə də 3 xal qazanmaqla 1/8 finala adlamağı hədəfləyib. Lakin avropalıların işi asan olmayacaq. Çünki birinci oyunda son dəqiqə qolu ilə İngiltərəyə uduzan Tunis üçün bu matç son şansdır. 

Bu qrupun digər oyunu sabah keçiriləcək. İngiltərə Panamanı sınağa çəkəcək. 

Daha sonra isə F qrupunda ikinci turun matçları oynanılacaq. İlk turda Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika Cənubi Koreya ilə üz-üzə gələcək. Meksika bu dəfə də qalib gəlməklə, 1/8 finala yaxınlaşmaq əzmindədir. Asiya təmsilçisinin də mübarizəni davam etdirmək şansını saxlamaq üçün qələbədən başqa yolu yoxdur.

Günün əsas matçında Almaniya və İsveç üz-üzə gələcək. Bundestim ilk turda Meksikaya uduzub. Yoahim Lövün komandası qrupda qalmamaq üçün mütləq turu 3 xalla tamamlamalıdır. 

DÇ-2018, qrup mərhələsi

II tur

23 iyun

G qrupu

16:00. Belçika - Tunis
Baş hakim: 
Jair Marrufo (ABŞ)

 

Moskva. “Spartak” stadionu

24 iyun
16.00. İngiltərə - Panama

 

1.

Belçika

1

1

0

0

3:0

3

2.

İngiltərə

1

1

0

0

2:1

3

3.

Tunis

1

0

0

1

1:2

0

4.

Panama

1

0

0

1

0:3

0



F qrupu

19:00. Cənubi Koreya - Meksika
Baş hakim: 
Milorad Maziç (Serbiya)
Rostov. “Rostov Arena”

22:00. Almaniya - İsveç
Baş hakim: 
Şimon Marçinyak (Polşa)
Soçi. “Fişt” stadionu 
 

1.

İsveç

1

1

0

0

1:0

3

2.

Meksika

1

1

0

0

1:0

3

3.

Almaniya

1

0

0

1

0:1

0

4.

Cənubi Koreya

1

0

0

1

0:1

0


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018
24.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4704 san