09:53 23 İyun 2018
Çap versiyası
...

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “ VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.0296 san