10:32 23 İyun 2018
Çap versiyası
...

İsveçrə millisinin futbolçusu Xerdan Şakiri siyasi qalmaqala səbəb olan addım atıb.

Strategiya.az bildirir ki, Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun dünən DÇ-2O18-in Serbiya ilə matçına geyindiyi butsun üzərində Kosovonun bayrağı əks olunub.

Şakiri əslən Kosovodandır. Oranın müstəqiliyini isə Serbiya qanunsuz hesab edir.

Serbiya ilə görüşün (2:1) 90-cı dəqiqəsində İsveçrənin qələbə qolunu məhz Şakiri vurub.

Matçdan sonra Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç bildirib ki, oyundan əvvəl Şakirinin belə bir butsla meydana çıxmasının qarşısını almaq üçün FİFA-ya müraciət ediblər: “Amma onlar bizə bildirdilər ki, burda siyasi heç nə yoxdur”.

Baş katib onu da deyib ki, matçın hakimliyi ilə bağlı FİFA-ya şikayət edəcəklər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
5.0552 san