11:06 23 İyun 2018
764 dəfə oxunub
Çap versiyası
...

"Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir".
 
Strategiya.az bildirir ki, bunu APA-ya Əfqanıstanın xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişa deyib. Azərbaycanın Əfqanıstanın çox mühüm tərəfdaşı olduğunu deyən N. Andişa ötən il keçirilən "Asiyanın Qəlbi" konfransının əhəmiyyətinə də toxunub.
 
O bildirib ki, hər ay Əfqanıstandan bir ya iki yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gəlir: "İqtisadi dəhlizlərlə bağlı əməkdaşlıq məsələləri müzakirə edilir ki, bu dəhlizlər Əfqanıstandan başlayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistandan keçir. Bunlar da ticarət əməkdaşlığı baxımından alternativ marşrutdur. Texnologiya sahəsində Azərbaycanla mövcud olan əməkdaşlığımızın vəziyyəti ilə tanış olmaq üçün burdakı şirkətlərdən birinə baş çəkəcəyəm".
 
 
"Asan" Xidmətin əhəmiyyətini vurğulayan Nazir müavini əlavə edib ki, Əfqanıstanın paytaxt şəhəri Kabulda Azərbaycan səfirliyinin binası açılmalıdır: " Hazırda Azərbaycan hökumətinin bunu gerçəkləşdirəcəyini gözləyirik. Ondan sonra əlaqələrimiz daha da genişlənəcək".
Qeyd edək ki, Əfqanıstan XİN nazir müavini 2018 CAMCA Regional forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6582 san