14:05 23 İyun 2018
710 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanla Gürcüstan arasında yerləşən "Sadıxlı" gömrük postunda yeni inzibati binanın tikintisinə tezliklə başlanılacaq.
 
Bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl­əndirilməsi və İnkiş­af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs­inin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə inzibati binanın tikintisinə başlanılacaq.
 
A.Abasov qeyd edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2576 san