09:06 30 İyun 2018
399 dəfə oxunub
Çap versiyası
...

Bakıda baş verən çökmə hadisəsi restoran sahibi ilə tikinti şirkətini üz-üzə qoyub.

 

Strategiya.az-ın məlumatına görə, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən restoranın ərazisinin bir hissəsi uçub. Üstəlik, restoranın həyətində çatlar əmələ gəlib. İctimai iaşə obyektinin sahibi deyir ki, restoranın bir hissəsinin çökməsinə yaxınlıqda aparılan tikinti işləri səbəb olub.

 

Restoranın sahibi Qadir Əhmədov deyir ki, hazırda ərazidə çatlar qalmaqdadır. Restoranın digər kabinetləri də hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

 

Tikinti işlərini həyata keçirən şirkət isə iddialarla razılaşmır. Onlar uçquna əraziyə axan suyun səbəb olduğunu deyirlər.

 

Hadisə nəticəsində isə hər iki sahibkara ziyan dəyib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da müraciət əsasında əraziyə viziual baxış keçiriblər. Hadisə yerində aşınma tipli çökmə prosesi qeydə alınıb. Çokmənin dəqiq səbəbi isə hələlik bəli deyil.

 

 


 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8822 san