15:46 01 İyul 2018
1824 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

 

Alim öldü, aləm öldü deyib Peyğəmbər əfəndimiz.   Türk dünyasının nəhəng elm adamlarından olan türk islam tarixi araşdırmaçılarının elmin çinarı adlandırdıqları Fuad Sezgin   dünyasını dəyişib. 

F.Sezgin  kimdir?  

Fuad Sezgin:  “Mən hər kəsin etməli olduğunu etdim, məndən öncəki alimlərin uğurlarını minnətdarlıq duyğusu ilə qarşıladım, yanlışlarını isə qabartmadan düzəltməyə çalışdım. Həqiqət hesab etiklərimi isə gələcək nəsillərə çatdırmaqla əmanət etdim!”    

İslam Elmlər tarixi sahəsində dünyada nüfuz sahibi olan  ustad Professor Fuad Sezgin   süryani,  ibrani,  latin, ərəb, alman dilləri   daxil olmaqla   27 dili  yüksək səviyyədə mənimsəmişdir. 

 

Fuad Sezgin, 24 yanvar  1924 tarixdə Türkiyənin Bitlis bölgəsində  dünyaya gəlmişdir. 

1943-51 illərdə İstanbul Üniversitetində Ədəbiyyat Fakultəsi Şəriət İnstutunda  "İslami Elmlər və  Oryentalizm" sahəsində Alman oryentalisti professor  Hellmut Ritterin tələbəsi olmuşdur.   

H.Riterrin elmlərin təməlini "İslam Elmləri”  olduğunu söyləməklə Fuad Sezgində  bu  sahəyə maraq yaratmışdır. Beləliklə  F.Sezgin, 1951-ci ildə İstanbul Üniversiteti Ədəbiyyat Fakultəsini bitirdikdən  sonra 1954-ci ildə Ərəb dili və Ədəbiyyat Bölümndə “Buxarinin Kaynaqları” adlı  doktorluq işini müdafiə edərək dosent  elmi dərəcəsi almışdır. Bu mövzu ilə hədis qaynağı olaraq İslam mədəniyyətində mühüm mənbə sayılan Buxarinin şifahi mənbələrə deyil, yazılı mənbələrə əsaslandığı fikirini irəli sürmüşdür.   Bu yazılı mənbələrin    İslamın erkən dövrünə hətta  7-ci əsrə dayandığını ortaya qoydu.  Sözügedən mövzu  Avropa şərqşünaslıq mərkəzlərində hələ də müzakirə edilməkdədir. 

Fuat Sezgin, 1960-cı il hərbi çevrilişindən sonra "Zərərli Professor " kimi İstanbul Universitetindən çıxarılmışdır.  1961-ci il tarixində 36 yaşındakən  vətənini tərk etmək məcburiyyətində qalmışdır.   

  1960–61-ci illərdə  Almanyaya gedərkən yalnız paltarlarını və bir qrup sənədlərini apara bilmişdir.  Bir müddət Frankfurt Üniversitində əcnəbi  dosent kimi dərs demişdir. 1966-cı ildə professor dərəcəsi almışdır. Elmi araşdırmalarının əsasını "Ərəb-İslam Mədəniyyəti “  və  təbii elmlər tarixi təşkil edir. 

   1978-ci ildə "Kral Faysal" mükafatı almışdır.  Bu mukafatı aldıqdan sonra  ərəb dünyasında dövlət adamlarının F.Sezginə marağı artmış və alim İslam mədəniyyəti və elm tarixinin araşdırmaları ilə bağlı ərəb dövlətləri tərəfindən  böyük layihələrə dəstək aldı. Bundan sonra  1982-ci ildə  J.V. Hoethe Üniversitetində  Ərəb-İslam Elmləri Tarixi İnstitunu və 1983-cü ildə həmin universitetdə muzey qurmağa nail olmuş və bu qrumun rəhbəri təyin olunmuşdur. 

  Sözügedən muzeydə müsəlman bilginleri tərəfindən düzəldilmiş alətlərin və  elmi  araç ve gereçlerin, yazılı mənbələrə söykəndiyini göstərməkdədir. 

İstanbul Gülhanə Parkı içindəki  Has Ahırlar Binasında, Türkiyə Prezidenti  Rəcəp Tayyib Ərdoğan   tərəfindən açılan "İslam Elm və Texnoloji Tarix Muzeyi”    Türk insanı onu daha yaxından tanımaq imkanı oldu. Müsəlman elm adamlarının  görüşləri bu an Gülhanə Parkındakı "İslam Elmi  və Texnoloji Tarix Muzeyində”  nümayiş etdirlməkdədir.

Allah rəhmət eləsin!

 


Müəllifin digər yazıları

  1. Müdriklik məbədgahı yaxud ustad Əli Əkbər Həsənzadə kimdir?
  2. Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
  3. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  4. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  5. Kərəm özünü necə "yandırdı?!..."
  6. Hacı Zakir Bayramov -70
  7. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  8. RAMİN QASIMOVU TANIYAQ
  9. Dostların ərk yeri Rasim Mirzəyev!
  10. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  11. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  12. Multikulturalizmin etnosiyasi çalarları
  13. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  14. Vəkil Akif Əlizadə haqqında...
  15. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  16. ƏRK QALASI !
  17. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  18. Ömür dedikləri bir karvan yolu...!
  19. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  20. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  21. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  22. Zeynəb ...duyğu və harmoniya!
  23. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  24. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
“Canlı oyuncaq”
08:36 12.06/2018
Həyatın tablosu
08:32 08.06/2018
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.574 san