08:42 02 İyul 2018
308 dəfə oxunub
Çap versiyası
...

Bakıda alternativ yolun bağlanması bina sakinləri üçün problem yaradıb.

Söhbət Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin qarşısından gedir.

 

İki bina arasında giriş-çıxışı təmin edən yola beton maneə qoyulub. Bu isə hər iki bina sakinləri üçün əməlli-başlı problemə səbəb olub. Nəsimi rayonu, Moskva prospekti 86 nömrəli binanın həyətinə giriş -çıxışı təmin edən yola beton maneənin qoyulması sakinlərin narazılığına səbəb olub. Bina sakinləri deyirlər ki, onlar bu yoldan həm də alternativ yol kimi istifadə edirdilər. Ancaq beton maneə onların bu imkanının qarşısını alıb.

 

Sakinlərin sözlərinə görə, lazımi anda çağırılan operativ nəqliyyat vasitələri də yol bağlı olduğundan vaxtında gəlib çata bilmirlər.

 

Məsələyə aydınlıq gətirmək üçün Nəsimi rayon 23 saylı Mənzil Kommunal İstismar sahəsinə getdik. Qapılar bağlı olduğundan suallarımızı cavablandıracaq heç kimi tapa bilmədik.

 

 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.527 san