10:10 07 İyul 2018
424 dəfə oxunub
Çap versiyası
...

Amerikalı rəssam və yazıçı, "Marvel Comics” şirkəti üçün personajlar, o cümlədən Hörümçək adam və Doktor Strenci yaratmış Stiv Ditko 90 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter” jurnalı polisə istinadla məlumat yayıb.
 
Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rəssamın cəsədi Nyu-Yorkda evində tapılıb. O, daha iki gün əvvəl vəfat etdiyindən, ölümün səbəbi açıqlanmır. Rəssam heç vaxt evli olmayıb.
 
Stiv Ditko Hörümçək adamı məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin doktor Osminoq, Qum adam, Kələz və Yaşıl Qoblinin yaradılmasına kömək edib. Stiv Ditko Doktor Strenci 1963-cü ildə yaradıb. "Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı "Squirrel Girl” olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4811 san