18:08 08 İyul 2018
230 dəfə oxunub
Çap versiyası
...

FİFA Xorvatiya millisinin üzvü Domaqoy Vida ilə bağlı qərarını açıqlayıb.

Strategiya.az-ın TASS agentliyinə istinadən yaydığı xəbərə görə, ali futbol qurumu DÇ-2018-in 1/4 finalının Rusiya ilə oyunundan sonra paylaşdığı videoda millinin keçmiş futbolçusu Oqnen Vukoyeviçlə birlikdə söylədiyi “Ukrayna üçün” şüarına görə 29 yaşlı müdafiəçiyə xəbərdarlıq edib. Vidanın sonradan bunun sadəcə zarafat olduğunu deməsi də FİFA-nı fikrindən daşındırmayıb.

Qeyd edək ki, Xorvatiya 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayaraq Rusiyanı mundialdan kənarlaşdırıb və yarımfinalda İngiltərə millisinin rəqibi olub.

 

 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6181 san