RAMAZAN BAYRAMI QARA BAYRAM DEYİl, AĞ BAYRAMDIR!

09:18 / 15.06.2018

 

Ramazan (həmçinin Qurban) bayramının başqa bayramlardan fərqi ondadır ki, üzrlü səbəbin yoxdursa, bu bayramın haqqini qazanmalısan. Bir ay boyunca nəfsinə və cisminə oruc tətbiq edənlərin haqqına girmək olmaz. Bir ay boyunca yeyib-içib, gəzib, heç bir üzrü olmadan oruc tutmayanlar, maraqlıdır ki, bu bayramı oruc tutanlardan daha çox dəbdəbə ilə qeyd edir. Sanki bunlar üçün oruc tutmaq fərz deyil, bayramı qeyd etmək fərzdir. Ramazan bayramının bir gününü bu il dünyadan köçənlərin şərəfinə təşkil olunmuş məclislərdə gəzmək, bir gününü isə qəbristanlığa getməklə yekunlaşdırmaq ən mübarək olan bayramın mahiyyətini öz istəyincə dəyişməkdən başqa bir şey deyildir. Bu din deyil, adətdir. Adəti din yerinə, söhbəti Quran yerinə qoymaq dini yaşamaq deyil, dindən çıxmaqdır.

Əslində sənin tutduğun orucun mübərəkbadlığı qeyd etdiyin bayramdir. Əslində Ramazanın hər günü bayramdır. Şəvval ayının ilk günləri isə Ramazana bağlanan bayramlar bayramıdır. Ramazan bayramı Ramazanda olmaz, Şəvvalda olar. Ancaq Ramazan üçün olar, Oruc üçün olar. Ramazan bayramı mübarək(bərəkətli) bayramdır. Nurlu bayramdır. Ağ bayramdır. Ramazan bayrami Qara bayram deyil. Qara ovqat deyil. Qaranlıq əhval deyil. Ramazan bayramının ilk iki əsas gününü qara geyib qaraya çevirmək olmaz. Dünyasını təzə dəyişənlər üçün evgəzdi, köhnə dəyişənlər üçün qəbir ziyarəti yaxşi əməl olsa da, bu Uca Allahın qara demədiyinə qara demək səviyyəsində olmamalıdır. Ziyarətin dəbi olmaz. Ziyarətin ədəbi olar. Ziyarət könül işidir. Bir-birinə göstəriş deyildir. Ziyarəti də elə edək ki bu mübarək bayramın bir hissəsi olsun, tamamı olmasın. Bu gün miladi təqvimlə iyun aynın 15-dir. Hicri təqvimlə şəvval ayının 1-dir. Hər ayın bayramı o ayın özündə olar. Ramazan bayramı isə ramazan ayında olmaz. Yalnız insanlar deyil, şəvval ayı da

ramazan günlərini bayram edir. Elə buna görə də ramazan ayının bütün günlərində bayram ovqatı yaşanır. Uca Allah Ramazan ayının bütün günlərinə necə bərəkət yağdırdığını, bütün Ramazan günlərinin nəfs orucu ilə keçirilməsini əlamət olaraq bizə göstərir. Rəhmət və mərhəmət sahibi olan Allahu-Təala bizi qüsur və nöqsanlardan arındırsın, bütün ömrümüzü Ramazan günlərinə çevirsin İnşəallah.

Yay qabağı isti günlərdə göydən rəhmət və bərəkət yağışları yağır. Bu bərəkətli bayramı qara bayram kimi yaşamayaq, Alllah Cəllə Cəlaluhun təqdirinə səbr edək, Allahu-Təalanı zikr edək, Uca Allaha şükür edək əziz dostlar! Bu mübarək bayramı könül dolusu gözəlliklə mahiyyətinə uyğun yaşayaq İnşəallah. Amin.

ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM