08:55 22 İyul 2014
8160 dəfə oxunub
Çap versiyası

  Mən gənc bir qızam. Dərslərimi yaxşı oxuyuram. Ədəbiyyatı da çox sevirəm, mədəniyyəti də. Amma klassiklərimizi sevmirəm ki, sevmirəm. Babam da hey deyir ki, “ay bala, klassiklərimizi oxu, indikilərdə heç nə yoxdur. Nə öyrənsən elə onlardan öyrənəcəksən”.  Mən də cavab verirəm ki, oxuyuram. Nə olsun, başa düşmürəm a... Oxuyub, tutuquşu kimi əzbərləyib, gedib cavab verirəm. “Beş”imi də alıb otururam yerimdə. Babam da o saat əsəbləşir. Mən də pərt olub dururam yerimdə.

Günlərin bir günü day dözmədim. Babam məni tənbeh edəndə cavab qaytardım:

-         Bax, baba, müəllim Əbdürrəhim bəy Haqverdiyevin “Diş ağrısı” hekayəsini verib. Nə qədər oxuyuram, başa düşmürəm ki, düşmürəm.

-         Nə gözəl... Klassik bir hekayə. Orda başa düşülməyən nə var ki? Bugünümüzü verib də.

-         Baba, hanı orda bu günümüz. Mən bugünümüzdən bir dənə şey görmədim.

-         Gətir kitabı bura. Nəyi başa düşmürsən de, başa salım.

-         Hə, baba, əvvəldə yazır ki, “Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!”” Baba, bax burda müasir nə var ki?

-         Ay nəvə, sən bilməzsən. Sovet vaxtı da Azərbaycanın əsas şərab zavodu Dağlıq Qarabağda – Stepanakertdə idi. Ermənilər nəzarət edirdi. Bakıda yerləşən zavod isə Stepanakertin filialı sayılırdı. Bakışampanzavodun arağından nöyüt iyi gəlirdi, Vinzavodun arağı isə tapılmırdı. Ən yaxşı zoğal, tut arağını da ermənilər çəkirdi. Bal idi ye, bal.

-         Baba, sovet vaxtını başa düşdüm. Bəs indi.

-         Bala indi də belədir. Bax, Şuşa ermənilərin əlindədir, düzdü? Bakıda isə filialları -  “Şuşa” restoranı, şadlıq sarayı, kafelər, çayxanalar fəaliyyət göstərir. Laçın ermənilərdə, Bakıda isə filialları - restoranı, kafesi. Hələ Sumqayıt yolunda “Laçın koridoru” da açmışdılar. Hələ ayrı-ayrılıqda işğal altında olan, kəndləri, mahalları “Göycə”, “İsa bulağı”, “Xan bağı”, “Cıdır düzü”nu demirəm. Hansını deyim ki? Bircə “Xocalı” yoxdur.

-         Yaxşı baba,  başa düşdüm. Ardını oxuyum: “Maral savadlı idi. Təbi-şeri də vardı. Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə. “Müttətuhü nəfəsi binəfsikə, - qəbiltu!” Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtdığını yeyib böyüyəcək. Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir.”” Baba, maral nədir?

-         Heyvan adıdır da. Gözələ də maral deyirlər.

-         Yox e... bu əsərdə nə deməkdir?

-         Yəqin surətlərdən birinin adıdır.

-         Baba, balaca hərflə veriblər.

-         Vallah, başa düşmədim.

-         Baba, sən başa düşmədinsə, mən necə başa düşüm?

-         Bala, bəlkə kişinin “buynuzlu” olmasına işarədir, hə? Yəni ki, oğ...

-         Baba, nə?

-         Heç, a bala. Bunu bilmədim. Müəllimindən soruşarsan.

-         Baba, siğəxana nə deməkdir? Bu maral qadınları niyə başına toplamışdı ki? İran polisi ondan nə istəyirdi ki, “müftə istifadə edənlər” kimlərdir? Siğə nə deməkdir? Bu günlə nə əlaqəsi?

-         Bu günlə yəqin ki, əlaqəsi var... Ay nəvə, mən bunlara cavab verə bilmərəm. Get müəllimindən soruş.

-         Soruşdum.

-         Nə dedi?

-         Bircə onu dedi ki, siğə qadınla kişi arasında bir ayindir.

-         Bəsdir, a bala. Dərs qurtardı. Bütün abrım-həyam getdi sənin bu suallarından. Mətləbə gəl.

-         Nə mətləb, sonu da bununla qurtarır ki, Hacı Rüstəm adlı bir tacirin dişi ağrıyır. Dişin birini  də rus həkim 10 şahıya çəkirmiş. O da əvvəl ağrıyan dişini səhv göstərib. İki dəfə saf dişini çıxartdıqdan sonra, nəhayətdə ağrıyan dişini işarə verib. Bununla da öz aləmində həkimi aldadaraq 10 şahıya üç dənə diş çəkdirib. İki dənəsi saf, biri çürük. Öz aləmində də elə başa düşüb ki, puluna qənaət edib. Deyirəm e... nə tupoy adamlar olub ovaxt. Düzdür, baba?

-         Bağla, bala, kitabı. Sualın oldu get müəllimindən soruş. Bir də mənim üstümə gəlmə. Bildin. Təzyiqim qalxdı.

 

Babamın otağından çıxdım. Deyəsən qalib gəlmişdim. Bilirdim ki, babam hamısını başa düşür, amma deməyə ar eləyir. Nəsə tərbiyəsiz əsərə oxşayırdı bu “Diş ağrısı” hekayəsi. Amma nə olsun ki? Mənə heç kim başa salmaq istəmirdi. Vay-vay... babamın yanına neyçin girmişdim? Bu Əbdürrəhim bəy Haqverdiyev də vaxt tapdı da söhbətə qarışmağa. Babamdan 20 manat alacaqdım, axı.

Bu gün “Nizami” kinoteatrının qabağındakı küçədən keçdim. Yeraltı keçidə düşməyə tənbəllik etdim. Bir də gördüm polislər aldı məni mühasirəyə. Əvvəlcə qanunları oxudular. Sonra sənəd istədilər. Sonra dedilər ki, bəs siz yolu bu cür keçməklə  həyatınızı təhlükəyə atırsınız. Dözmədim. Dedim ki, bu sözü niyə indi deyirsən? Yolu səhv keçmək istəyəndə fıştırığ çalıb qarşımı alaydın da. Birdən maşın məni vuraydı. Onda nə olacaqdı? Nə isə, xeyri olmadı. 20 manatı vurdular belimə. Düz eləməyinə düz elədilər. Qanunları doğurdan da pozmuşdum. Bir də qələt eləyib, yolu səhv keçmərəm. Təhlükəsizliyimin xatirinə yox, 20 manata görə.

-         Baba, ay baba.

-         Nə deyirsən, a bala. İndi hansı klassiki başa düşmürsən?

-         Baba, 20 manat ver də...

-         20 manat? Neynirsən?

-         DYP cərimə yazıb. Yolu düz keçməmişəm.

-         Vermirəm. Canın çıxaydı düz keçəydin.

-         Nə olar, baba, ver də.

-         Get. Stipendiyanı alanda, onda da verərsən.

-         Baba, stipendiyaya kosmetika, duxu alacam.

-         Bir ay duxusuz qal. Ağlın gəlsin yerinə.

 

Nə qədər elədimsə, ala bilmədim. Atam-anamdansa istəməyə üzüm olmadı. Hər gün yolpulumu onsuz da onlar verirdilər. Yaman qanım qaraydı. Acıqlıydım polislərin əlindən. Nə olsun ki, taqsır məndəydi.

 

Beləcə bir gün keçdi. Günlərin bir günü axşam rəfiqələrimlə gəzməyə çıxmışdım. Axşam saat 10 olardı. “Nizami” kinoteatrının qabağından keçəndə gördüm ki, polislər yoxdur. Bir də diqqətlə baxdım. Yox idilər.  Aaaa, deməli polislər burda yalnız gün işığında dururlar, gecələr isə yolu hardan istəyirsən keçə bilərsən. Cərimə eləyən-zad olmayacaq. Amma nə olsun ki,  indi yolu lap səhv keç.  Mənim 20 manatlıq cəriməmə nə dəxli? Ödəməliyəm vəssalam. Yoxsa üstünə faiz gələcək.  Yenə yadıma düşdü də... Axı, necə edim ki, heç olmasa acığımı çıxım bu polislərdən. Neyləyə bilərəm ki? Düz ediblər də... Qışqırıb bağıraram – apararlar şöbəyə. Bəs nə edim ki, heç olmasa hirsimi soyudum? Həə? Tapdım, “Diş ağrısı” hekayəsi.

-         Qızlar, beş dəqiqə məni gözləyə bilərsiniz?

-         Niyə?

-         Bax, mən yolun üstüylə o yan-bu yana keçəcəyəm. Siz də sayın.

-         Ay qız başın xarab olub. Keçidlə keç. Gecədir, aftoşlar qayda-zad bilmir. Basarlar səni.

-         Siz Allah, sayın. Nə olar?!

 

Yolu elə üzdən keçdim. Heç kim yaxınlaşmadı. Təzədən geri qayıtdım. Yolun bu tayında da gözləyən yox idi. Beləcə bir neçə dəfə yolu o yan bu yana keçdim.

-         Qızlar, neçə dəfə oyan-bu yan keçdim?

-         Düz 10 dəfə.

-         20 manatı 10-a böləndə neçə edir?

-         2 manat.

-         Yox, çoxdur. Yenə sayın.

 

Təzədən yolu o yan bu yana keçməyə başladım.

-         Qızlar bu dəfə neçə oldu?

-         Ümumi 20 dəfə.

-         20-ni də 20-yə böləndə neçə eləyir?

-         1 manat

-         1 manat? Əla. Polislərə bu da azdır. Axır ki, heyfimi aldım. 20 dəfə qanunu pozdum. Polislər burda olsaydı 400 manat cərimə yazmalıydılar. Gör nə qədər ziyan vurdum onlara. Bu yandan isə 20 manatlıq cəriməmi 1 manata endirdim. Mən acığımı soyutdum.

-         Ay qız, başın xarab olub? Bizi də başa sal.

-         Başa sala bilmərəm. Gedin Əbdürrəhim bəy Haqverdiyevin “Diş ağrısı” hekayəsini oxuyun. Başa düşəcəksiniz. O Hekayənin baş qəhrəmanı 10 şahıya üç diş çəkdirdi, mən isə 20 manata 20 dəfə qaydanı pozdum. İndi gecəni rahat yata bilərəm.

 

Evə gəldim. Keyfim kök idi. Birinci babamı qucaqladım. Dedim ki, bundan sonra ancaq klassikləri oxuyacağam. Mat-mat sifətimə baxdı. “Diş ağrısı”ndakı kimi həkimi – yol polisini aldatdığımı zənn edib yüngüllük tapmışdım. Yolu 20 dəfə o yan bu yana keçib 20 manatlıq cəriməni 1 manata endirmişdim. Aşağı da sala bilərdim. Eləmədim. Axı, mən DYP kimi daşürəkli deyiləm?!

 

 

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3839 san