09:11 11 İyul 2018
Çap versiyası
...

Yaponiyanın iki nəhəng neft emalı şirkəti “Idemitsu Kosan” və “Showa Shell Sekiyu” birləşmə barədə razılığa gəliblər.

İki şirkət arasında üç ildən çoxdur davam edən danışıqlar, nəhayət, müsbət nəticə verib və onlar gələn ilin aprelində birləşmək qərarına gəliblər.

Danışıqların uzanmasına səbəb kimi “Idemitsu” şirkətinin əsasını qoymuş ailənin bu birləşməyə qarşı olması göstərilir.

Əldə edilən razılaşmaya görə, “Showa Shell” şirkəti səhmlərin mübadiləsi müqabilində “Idemitsu” şirkətinin filialına çevriləcək.

Xatırladaq ki, həmin şirkətlər ilk dəfə 2015-ci ildə birləşmək niyyətində olduqlarını bildirmişdilər. Lakin həmin vaxt səhmlərin əksəriyyətinə malik olan İdemitsu ailəsi bu addımın qarşısını almışdı.

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:44 24.09/2018
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1378 san