12:09 11 İyul 2018
Çap versiyası
...

Atlantik okeanında yaranmış “Kris” tufanı qasırğaya çevrilib. Bu barədə ABŞ Qasırğaları Milli Müşahidə Mərkəzi məlumat yayıb.

Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Kris” Saffir-Simpson şkalasına görə ikinci dərəcəli qasırğa hesab edilir. Atmosfer təzyiqinin episentrində küləyin surəti saniyədə 47 metrdir. Onun daha da güclənəcəyi gözlənilir. “Kris” hazırda Şimali Karolina ştatının sahillərindən 390 kilometr cənub-şərqdədir. Bu, son aylarda Atlantik okeanında formalaşan ikinci qasırğadır. Bundan əvvəl “Beril” qasırğası olub və tez zəifləyib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İranda matəm elan edilib
08:25 24.09/2018
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8445 san