13:42 11 İyul 2018
169 dəfə oxunub
Çap versiyası
...

"Bu yarışdakı ən çətin matçımız idi. Belçikanın fərqli taktikası var. Onlar çox yaxşı oyunçulara sahibdirlər. Biz xoşbəxtik. Əlimizdən gələni etdik".

BV sözləri Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2018-in yarımfinalında Belçika üzərində qələbəni (1:0) şərh edərkən deyib.

O, Belçikanın budəfəki mundialda çox yaxşı oynadığını vurğulayıb: "Rəqibin çox güclü oyunçuları var idi. Onlara qarşı oynamaq çətindir. Bu dünya çempionatında Belçika çox yaxşı oynadı".

Mbappe tez-tez simulyasiya etməsi ilə bağlı ona edilən tənqidlərə də münasibət bildirib: “Simulyasiya etdiyim üçün tənqid olunuram? Hər kəs istədiyini düşünməkdə azaddır. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”.

19 yaşlı  oyunçu deyib ki, finala çıxmaq ən böyük xəyallarından biri idi: "Məqsədim komandama kömək etməkdir, ən vacibi budur. "Qızıl top" vecimə deyil, dünya çempionu olmaq istəyirəm".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5076 san