15:04 11 İyul 2018
159 dəfə oxunub
Çap versiyası
...

“Biz hamımız dünya çempionatında Neymardan daha artığını gözləyirdik. O, ölkənin əsas  hücumçusudur, ondan gözləntilər böyükdür”.

Bu sözləri Braziliya futbolunun canlı əfsanəsi Ronaldo “As” nəşrinə açıqlamasında deyib.

 

İkiqat dünya çempionu yığmanın lideri olan hücumçunun DÇ-2018-dəki zəif çıxışı haqda fikirlərini bildirib: “Ona mundiala köklənmək üçün nəsə mane oldu. Mən Neymarla hələ söhbət etməmişəm, amma aydın görünür ki, o, tam gücü ilə oynamır. Bilmirəm, bəlkə də zədə ilə bağlı ola bilər. Neymar gənc və istedadlıdır, üzərinə böyük məsuliyyət düşür".  

Ronaldo Neymarın həddindən artıq simulyasiya etməsinə və bunun tənqidlə qarşılanmasına da münasibət bildirib: “Mən bu haqda onunla söhbət etmişəm. Mənə deyib ki, ayağını zədədən qorumaq üçün belə edir. Sosial şəbəkələrdə haqqında yazılanlara fikir verməməlidir”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5079 san