15:25 11 İyul 2018
162 dəfə oxunub
Çap versiyası
...

“Facebook” şirkəti istifadəçilərin şəxsi məlumatlarını “Cambridge Analytica” şirkətinə ötürdüyünə və bu sahədə Britaniya qanunvericiliyini pozduğuna görə Böyük Britaniyada 500 min funt-sterlinq (663 min dollar) cərimələnəcək. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın informasiya komissarının idarəsi sosial şəbəkənin öz istifadəçilərinin şəxsi məlumatlarını qoruyub saxlaya bilmədiyini, habelə bu məlumatların digər şirkətlər tərəfindən necə toplandığı barədə dolğun informasiya verə bilmədiyini müəyyən edib. “The Guardian” qəzetində yazılıb: “Facebook” Məlumatların Qorunması haqqında qanunda nəzərdə tutulan qoruma səviyyəsini təmin edə bilməyib”.

Bundan əvvəl “The New York Times” qəzeti “Cambridge Analytica” şirkətinin seçicilərin üstünlük verdiyi siyasi dəyərlərin təhlili alqoritmini hazırlamaq məqsədilə sosial şəbəkənin on milyonlarla istifadəçisinin şəxsi məlumatını toplamağa nail olduğunu yazıb.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, Kembric Universitetinin psixologiya üzrə professoru Aleksandr Koqan “Facebook” platformasında hazırladığı əlavənin köməyilə istifadəçilərin böyük həcmdə şəxsi məlumatlarını 2015-ci ildə “Cambridge Analytica” şirkətinə ötürüb. Həmin il sosial şəbəkə əlavəni bağlayıb, A.Koqandan və Britaniya şirkətindən məlumatları pozmağı tələb edib. Lakin məlum olub ki, “Cambridge Analytica” hesabı bağlandığı üçün informasiyanın heç də hamısını pozmaq mümkün deyil.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7859 san