09:20 12 İyul 2018
112 dəfə oxunub
Çap versiyası
...

"Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna kimi kreditləşməyə təxminən 10 milyon manat pul ayırmağı planlaşdırır ". Strategiya.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.


O, həmin məbləğdən 1,5 milyon manatın 40 fermer tərəfindən götürüldüyünü diqqətə çadırıb. 

"Sözügedən 40 fermer ölkənin 20 -dən çox rayonunu əhatə edir. Bu, kənd təsərrüfatı yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik, maldarlıq, həmçinin qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər fermerlərə kömək məqsədilə əlavə vəsait ayıra biləcəyik ".

M.Əliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaiti 2% -lə kredit təşkilatlarına, onlar da 7 % olmaqla fermerlərə veririrlər."Məqsədimiz faiz dərəcələrin artırılması deyil, əksinə azaldılmasıdır. Hazırda bazar araşdırması aparırıq. Çünki bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir. Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir ".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:23 21.07/2018
Neft bahalaşıb
09:10 20.07/2018
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5033 san