10:18 12 İyul 2018
175 dəfə oxunub
Çap versiyası
...

Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.
 
Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb.


"Yük maşınının sürücüsü sükan arxasında yuxulayıb və gəldiyi sürətlə avtobusa çırpılıb. Nəticədə avtobus aşıb. Yük maşınının sürəti o qədər də yüksək olmayıb. Olsaydı daha ağır nəticələr olardı. Hazırda əməkdaşlarımız yaralıların sayı və vəziyyətlərini öyrənmək üçün xəstəxanalardadır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Ələt magistral yolunda dəhşətli qəza baş verib. 90-OJ-802 dövlət nömrə nişanlı "Kamaz” markalı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.49 san