12:15 12 İyul 2018
212 dəfə oxunub
Çap versiyası
...

Belçikanın paytaxtı Brüsseldə NATO zirvəsi üçün bir araya gələn ölkə liderləri Dünya Çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilən Xorvatiya – İngiltərə matçını birgə seyr edib.

İngiltərənin baş naziri Tereza Mey, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Albaniyanın baş naziri Edi Rama matçı ayaq üstə mobil telefondan izləyiblər.

Anın görüntülərini Albaniyanın baş naziri şəxsi sosial media hesabından paylaşıb. Liderlər qarşılaşmanın son dəqiqələrini həyəcanla izləyib və matçı şərh edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tereza Meyə matçın baş hakiminin türkiyəli Cüneyt Çakır olduğunu deyib. Edi Rama isə finala yüksəlmə şansını itirən İngiltərənin baş nazirini təsəlli edib.

Qeyd edək ki, 2018 Dünya Çempionatı yarımfinal mərhələsi 2:1 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb./publika.az

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1815 san