16:45 12 İyul 2018
151 dəfə oxunub
Çap versiyası
...

"İngilis jurnalistlər və ekspertlər matçdan əvvəl çox danışdılar. Onlar Xorvatiyanı qiymətləndirmədilər və böyük səhv etdilər. Deyilənlərə "oldu, baxarıq, bu gün kim yorulacaq" - deyə reaksiya verdik . İngilislər özünü təvazökar aparmalı və rəqibə hörmət etməli idilər".

Strategiya.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, həm fiziki, həm də psixoloji cəhətdən dözümlü olduqlarını göstərdiklərini bildirib: " Finala yüksəlmək bizim üçün möhtəşəm uğurdur. Uzun müddətdən sonra xəyalımız gerçəkləşdi. Bu, Xorvatiya tarixinin ən böyük uğurudur.  Bununla qürur duymalıyıq".

32 yaşlı yarımmüdafiəçi "Qızıl top"u qazanmaq şansı barədə danışmaqdan isə imtina edib: "Qızıl top" vecimə deyil. Hazırda final oyununu düşünürük. Fransa ən güclü rəqiblərdən biridir. Ümid edirəm ki, onlar qarşısında yetərli gücə sahib olacağıq".

Qeyd edək ki, Xorvatiya - Fransa görüşü iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5425 san