16:00 12 İyul 2018
161 dəfə oxunub
Çap versiyası
...

Böyük Britaniyanın İnformasiya Komissarlığı istifadəçilərin şəxsi məlumatlarının sızdırılması qalmaqalı ilə əlaqədar “Facebook” sosial şəbəkəsini cərimələmək niyyətindədir.

Cərimə 500 000 funt sterlinq təşkil edəcəyi gözlənilir. Komissarlığın məlumatına görə sosial şəbəkə istifadəçilərin şəxsi məlumatlarını qoruya bilməyərək qanunu pozub. Qurum bəyan edib ki, şirkət nümayəndələri şəxsi məlumatların hansı yolla üçüncü tərəfə ötürülməsinə dair dəqiq məlumat təqdim etməyiblər. “Facebook” komissarlığın qərarına etiraz edə bilər. Şirkət qurumun hesabatını təhlil edəndən sonra münasibət bildirəcəyini bəyan edib. 500 000 funt sterlinq “Facebook” kimi şirkət üçün böyük məbləğ sayılmır. Ancaq bu İnformasiya Komissarlığının tələb edə biləcəyi maksimal cərimədir.

Xatırladaq ki, şirkət ətrafında qalmaqal mart ayında “Cambridge Analytica” şirkətinin on milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarından istifadə etməsi ilə bağlı xəbərlər yayılandan sonra başlayıb.

Apreldə “Facebook”un təsisçisi Mark Tsukerberq məsələ ilə əlaqədar ABŞ Konqresində ifadə vermişdi. Tsukerberq bunu öz səhvi adlandıraraq, məsuliyyəti üzərinə götürüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.5438 san